Son illər Azərbaycanda müxtəlif sahələrdə çalışan,xüsusi ilə də insanlar tərəfindən sevilən,hörmət edilən şəxslərlə bağlı bu və ya digər informasiyalar mətbuatımızda yer Bu da onu deməyə əsas verir sosial-iqtisadi,siyasi,mədəni sahədə baş verənlər cəmiyyətimiz üçün aktual olaraq qalır və daima da qalacaq.
Vətəninfo.az-ın "Seçilən”-lər rublikasının bu dəfə ki, qonağı Səməd Vurğun adına Rus Dram Teatırının aktyoru Eldar Bağırbəyovdur.
İlk olaraq qeyd edək ki, Eldar Bağırbəyovla müsahibəni vaxtın məhdud olması səbəbindən qıssa edəsi olduq.
Eldar müəllim neçə ildi incəsənətdəsiniz. Daha doğrusu teatırdasınız?
-Mən 76-cı ilden incəsənətdəyəm.
39 ildir incəsənətdə,teatırdasınız.Sizcə bu gün Azərbaycanda sənət sənətkarı ucaldır,yoxsa sənətkar sənəti?
-Sənətkar sənəti ucaldır.

Əvvəllər tamaşaçı teatıra sanballı əsərləri izləməyə gələrdilər.Amma nədənsə bu gün o sanballı və baxımlı
əsərlər deyəsən yoxdu?
-Ona görə ki, bu gün istedadlı rejisorlar, aktyorlar meydana gəlmir.O sanballı və baxımlı tamaşaların qoyulmasına mailiyyə vəsaiti çox az ayrılır.

Səməd Vurğun adına Rus Dram Teatırında hazırda yuxarıda qeyd etdiyiniz problemlər vardırmı?
-Əgər orda belə problemlər varsa da bu sirri açıqlamaram.Çünki mən o ailənin üzvüyəm.
Eldar Bağırbəyov incəsənətdə nə qazanıb-nə itirib?

-İtirdiklərim: Mən 4 ildir hələ də rol ala bilmirəm. Baxmayaraq ki, mən 60 dan çox rolları ifa etmişəm. Baxmayaraq ki, tamaşaçılar məni bu günə kimi tanıyırlar. Təssüfləndirici odur ki, bu gün məni təqdim edəndə yeni nəsilin az bir nümayəndəsi məni tanıyır. Qazandıqlarım isə millətimin məhəbbəti, yeni dostlar, dövlət tərəfindən verilən mükafatlar, bir neçə filmlərdə oynadığım rollardır. Çox şadam ki, incəsənət sahəsində məni hələ unutmurlar.

4 ildir tamaşalarda rol verilməməsinin səbəbi nədir? rejsorlar siznlə işləmək istəmir yoxsa...
-Bu sual mənə ünvanlanmamalıdır.
Kənan
Vətəninfo.az












