“Diqlas”dakı yanğının DƏHŞƏTLİ SONU-1000 mağaza, yarım milyard manat...

“Diqlas”dakı yanğının DƏHŞƏTLİ SONU-1000 mağaza, yarım milyard manat...

Bu gün Bakıda yanan "Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.

Bu barədə Bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: "Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”. 

Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb. 

Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən yarım milyard manata yaxındır: "Ticarət Mərkəzində qızıl, brilyant, kürk, bahalı gəlinliklər satan mağazalar var. Bütün dükkanlarda hər şey yanıb".
 
 
 

 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az