Dırnaq boyasından istifadə etməyin ən asan və rahat yolları
Dırnaqlarınızı boyayarkən çətinlik çəkirsinizsə, bu məsləhətlərdən yararlanaraq müsbət nəticə əldə edə bilərsiniz.
İlk olaraq dırnaq boyasının rəngini seçməliyik. Bu zaman dırnaqların
quruluşunu da nəzərə almalıyıq. Qısa və bucaqlı dırnaqlar üçün tünd
rənglər uyğun hesab edilir. Uzun və yumru dırnaqlar üçün isə açıq və
nəzərə çarpan boyalar məsləhət görülür.
Dırnaq boyası seçməzdən öncə əlləri sabunla yuyaraq qurulamalıyıq. Daha
sonra asitonla dırnaqlardakı qaraltıları və ötən dəfədən qalan boyaları
silin. Qoruyucudan istifadə edərək boyanın uzun müddət qalmasına nail
ola bilərsiniz. Qoruyucunu dırnaq uclarına sürtməyi isə unutmayın.
Mütəxxəssislər qoruyucu boyadan dərhal sonra rəngli boyanı çəkməyi
tövsiyə etmir. Bu müddət bir günədək uzadıla bilər. Şəffaf dırnaq
lakından istifadə edərək rəngli boyanın ətrafa yayılmasının qarşısını
asanlıqla ala bilərsiz.
Rəngli boyanı dırnağın tən ortasından çəkməyə başlayın. Boyanı üç qat
çəkməyiniz tövsiyə edilir. İki dəqiqə fasiləylə növbəti qatları çəkə
bilərsiniz. Cəlbedici görünüş almaq üçün sonda parlaqlıq verən boyadan
istifadə edin.