“Donuz qripi” Azərbaycana daxil oldu

“Donuz qripi” Azərbaycana daxil oldu
"Donuz qripi” Azərbaycana çatdı - 4 nəfərdə…

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "donuz qripi” virusu sürətlə yayılır.

Ermənistan KİV-nə istinadən verilən xəbərə görə, Qarabağdakı separatçı rejimin "Səhiyyə Nazirliyi” 4 xəstəliyə yoluxma faktını təsdiqləyib. Xəstələrdən 2-si ağır durumda olduğu üçün həkim nəzarəti altında saxlanılır.

Hazırda Qarabağda soyuqdəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilən 70 nəfər "donuz qripi”i şübhəsi ilə tibbi nəzarət altında saxlanılır.

Məlumata görə "donuz qripi”nə görə işğal altındakı Xankəndi, Şuşa və Xocavənddə məktəblərin əksəriyyəti bağlanıb və tibb mərkəzləri gücləndirilmiş iş rejiminə keçib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az