DOST Agentliyinin yarımmilyonluq tenderi – Qalib şirkət Eldar Mahmudovun müavinindir?

DOST Agentliyinin yarımmilyonluq tenderi – Qalib şirkət Eldar Mahmudovun müavinindir?


 DOST Agentliyi növbəti tenderin nəticələrini elan edib.

Qalib "B2B Group” MMC (VÖEN: 1005873041) olub.

Qalib şirkətlə 499 691 manat məbləğində müqavilə imzalanıb.

Tenderdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Agentlik, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərində İT və yardımçı avadanlıqların dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi məqsədilə zəmanət və texniki xidmətlərin satın alınması nəzərdə tutulur.

Yerli mediada yazılanlara görə "B2B Group” MMC ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində nazir müavini vəzifəsində çalışmış general Elçin Əliyevə məxsusdur.

"B2B Group” MMC bu iddiaya münasibət bildirməyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az