DSX-dən ƏMƏLİYYAT: Sərhədi pozan Türkiyə vətəndaşı saxlanıldı

DSX-dən ƏMƏLİYYAT: Sərhədi pozan Türkiyə vətəndaşı saxlanıldı
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısını alıb.


DSX-dan Miq.az-a bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Cə­li­labad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olun­ub. Sərhəd zastavasının şəxsi heyəti "Silaha” ko­man­dasına qal­dı­rılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam Respub­lika­sın­dan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəx­sin ayaq izləri aşkar olunub.

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun təd­bir­ləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozu­cusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az