DTX-nin həbs etdiyi icra başçısının vəziyyəti pisləşdi

DTX-nin həbs etdiyi icra başçısının vəziyyəti pisləşdi
Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Miq.az APA-ya istinadən xəbər verir ki, o, bu günlərdə cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Əliyev saytımıza təsdiq edib: "Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”.

Qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az