DTX-nin saxladığı keçmiş icra başçısı məhkəməyə çıxarılır

DTX-nin saxladığı keçmiş icra başçısı məhkəməyə çıxarılır
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev məhkəməyə çıxarılır.

"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.

Təqdimatı istintaq orqanı verib. pizza sifarişi

İ.Rzayev barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

Qeyd edək ki, DTX oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az