Dünən dəfn olunmuş Qarabağ qazisinin döyüş kadrları - VİDEO

Dünən dəfn olunmuş Qarabağ qazisinin döyüş kadrları - VİDEO

Dünən dəfn olunan Qarabağ qazisi, Şuşa Veteranlar Şurasının sədri Yaşar Məhərrəmov Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsinin müdafiəsində fəal iştirak edib.
 
Miq.Az bir daha xatırladır ki, iki gün əvvəl axşam saatlarında 20-21 radələrində Yaşar Məhərrəmov gözlərini əbədi yumub. Mərhumun qohumlarının sözlərinə görə, o, ürək tutmasından dünyasını dəyişib.

Yaşar Məhərrəmov dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağırlar başlayıb. Son sözləri isə "deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

Mərhum dünən –  Pirşağadakı Şuşa qəbiristanlığında dəfn edilib.

Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhum 3 uşaq atası idi.

İstiPress-in məlumatına görə, 1992-ci ilə aid reportajı lentə hərbi reportyor Vahid Naxış alıb. Çəkilişdə Milli Qəhrəman Çingiz Mustafayev və tanınmış jurnalist Mir Şahin iştirak edib. Təqdim olunan materiallar ANS-in Qızıl Fonduna məxsusdur. 
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az