Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Miq.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az