"Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq" - Ərdoğan

MHP sədri Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri olacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk” və "Kanal D”nin birgə canlı yayımında bildirib.

O qeyd edib ki, Bağçalı təklifi qəbul edib.

Xatırladaq ki, Türkiyədə 14 may 2023-cü ildə keçirilən Prezident və Parlament seçkilərində hakim "Cumhur İttifaqı” 322 yerlə Məclisdə çoxluq əldə edib. 28 mayda isə Prezident seçkilərinin ikinci turu keçiriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az