Dövlət qulluqçusu borca görə özünü asdı - Gəncədə

Dövlət qulluqçusu borca görə özünü asdı - Gəncədə


Bu gün gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib. Şəhər sakini Kamal Yaqubov özünü asıb.

Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi var. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.

Gəncə Şəhər Prokurorluğundan "Qafqazinfo”ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.
 
Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az