Dövlət sifarişli yerlərin sayı DİM-ə göndərilib

Dövlət sifarişli yerlərin sayı DİM-ə göndərilib
"Hər il Nazirlər Kabineti tərəfindən dövlət sifarişli yerlərin sayı ilə bağlı rəqəmlər müəyyən olunur. Bu il üçün də dövlət sifarişli yerlərin sayı bizə verilib”.

"Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə AzTV-də "Günün nəbzi” verilişində deyib.

O bildirib ki, özəl ali məktəblərdə olan vakant yerlər barədə hələlik məlumatlar daxil olmayıb: "Ümumi yerlərin sayı bu il üçün elə də dəyişməyib. Ola bilsin ki, yerlərin ümumi sayı dəyişməsin, lakin müəyyən ixtisaslar üzrə hansısa dövlət sifarişli yerlər çoxala bilər”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az