ƏBƏDİYYƏT ÜFÜQLƏRİNDƏ DOĞAN GÜNƏŞ

ƏBƏDİYYƏT ÜFÜQLƏRİNDƏ DOĞAN GÜNƏŞ

            O, parlaq  günəşdir,  daim  nur  saçIr,
            Yayılır hər  yana  al  şəfəqləri.
            Bütün  kainata hey qucaq açır,
            Sıxır  ağuşuna o, səhərləri...
            
    Azərbaycan torpaqlqlarının bütövlüyü uğrunda qanları bahasına şəhidlik zirvəsinə ucalan cəsarətli Vətən övladlarımız nümunəvi vətəndaşlıqları, vətənpərvərliklərilə seçilən və qəhrəmanlıq məktəbinin  yetirmələri  səviyyəsində yetişən mərd, cəsur övladlardır. Belə qəhrəman övladlardan  biri  də  Azərbaycan Ordusunun zabiti baş leytenant Əliqismət  Mükafat oğlu  Yaqubovdur.
    
Cəsarətilə, hünərilə, qəzəb  və nifrətilə  düşmən  üzərinə  şığıyan, düşmən qüvvələrini məhv edən igid zabit Əliqismət  Yaqubov  döyüşlərdə  əsl Azərbaycan əsgəri  və zabiti kimi döyüş qabiliyyətini və məharətini  nümayiş etdirmişdir.
      
Vətənini  canından artıq  sevən   baş  leytenant  Əliqismət Yaqubov  şəhidlik  zirvəsinə  ucalmaqla Azərbaycan  xalqının  qəlbində  əbədiyaşarlıq  sevgisini  qazanmışdır.
      
Şəhidlik  zirvəsi  məğrur, cəsarətlilik, mənəvi  saflıq,  insani  keyfiyyətlərə  tam  cavab vermək qabiliyyətində  olan nadir insanlara qismət olur.Onlara  ,,ölüm" sözü  yaraşmır,  daha dəqiq desək, şəhidlər ölümün gözünə dik baxan qorxmaz, müqəddəs insanlardır.Bütün  şəhidlərimiz  kimi Vətənimizin igid oğlu  Əliqismət  Yaqubovun  da müqəddəs  adı  və  əziz  xatirəsi qədirbilən Azərbaycan xalqının  qəlbində  əbədi  yaşayacaqdır. 
      
Şəhidlik - ölüm  sözündə tamamlanmır, ŞƏHİDLİK -  dirilik  deməkdir, bilərəkdən ölüm üzərinə gedən, düşməndən  Vətən  torpaqlarını  qorumaqdan  ötrü cəsarətlə öz qanı bahasına vuruşan və əbədiyaşarlıq  zirvəsinə  ucalan müqəddəs, əlçatmaz qəhrəmanlıq  salnaməsi  yaradan və onu inkaredilməz dərəcədə təcəssüm  etdirən ölməz  insan deməkdir. O Böyük İnsan  təbiətdə görünəndir, əsən küləklərdə, səhər  mehində, kükrəyən  çayların  hayqırtısında, ormanlarda, dəniz  və daha nəhəng  dəryalarda sahilləri  döyəcləyən, bir -birini  təqib  edən  dalğaların hayqıran ecazkar  təbii  səslərində  eşidilən  və görünəndir.
     
Şəhidlər ölmür, şəhidlər yaşamaq  üçün ölümə  bilərəkdən atılanlardır, ölümlərilə  ölməzliyi  qazananlardır. 
Əbədiyaşarlığa, ölməzliyə ölümlərilə nail olan şəhid igid  Əliqismət Yaqubov məhz bu müqəddəs yolu seçmişdi, əbədiyyətə  qovuşmaq yolu məhz  onun əsl amalı idi, məqsədinə  nail oldu, Vətəninə  özünü  qurban verməklə  qəhrəmanlıq  məktəbinin  davamçıları  sıralarında məğrur 
 görkəmilə  dayanmaq  şərəfinə  nail ola  bilmişdir.
     
Şəhidlik  adını ucaldan, onun  ölməzliyini  dünyaya nümayiş  etdirən  Əliqismət   bir  parlaq  Günəşə  çevilmişdir. O, gündüzlər Günəşdirsə, gecələrsə  Aydır. O,  parlaq  günəşin qızılı şəfəqləri  yer üzünə  nur  ələyir, hər  elə, obaya, geniş  düzənliklərə, ormanlara  nur çiləyir. O elə  bir  parlaq  ulduzdur ki, alışıb yanar, yanar, hey yanar sayrışan ulduzlar  arasında. O ulduz  yanar,  daim  yanar, əbədi  nur  ələyər  qəlbimizə.O ulduz  təmənnasız,  minnətsiz  yanar, Vətənin parlaq gələcəyi  naminə, əbədiyyətə  uzanan sonsuz  yollara  işıq  saçmaqdan  ötrü. 
    
O  parlayan ulduz  Azərbaycanın sevimli  oğlu igid  zabit  Əliqismət   Yaqubovdur.

Dəmirçizadə  Hacıbaba,
Dünya  Şair  və  Yazıçılar  İttifaqının   fəxri  üzvü
                               


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az