Əfv olunmuş şəxslərin heç biri təkrar cinayət törətməyib? - Zahid Oruca şübhə edənlər var
"Belə bir statistika ilə bağlı araşdırma aparmamışıq. Amma hardasa əfv olunmuş şəxslərin təkrar cinayət törətməməsi fikrini birmənalı olaraq qəbul etmək olmaz”.
Bunu Yeni Sabah"a hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.
Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bildirib ki, indiyədək 70-dək əfv sərəncamı imzalanıb. O qeyd edib ki, indiyədək əfv sərəncamları ilə azadlığa çıxmış 9 min nəfərə yaxın şəxsin heç biri növbəti dəfə cinayət törətməyib.
Sosial şəbəkələrdə bu iddia müzakirə mövzusu olub. Bir çox şəbəkə istifadəçisi Zahid Orucun fikrini qəbul etməyib və ya iddiaya şübhə ilə yanaşıb.