Ekspert: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər"

Ekspert:
Türkiyə Azərbaycan üçün ən yaxın ölkə olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin həllində kömək edə bilər.
 
Bu barədə Trend-ə Türkiyənin "Strategic Outlook" Beynəlxalq Araşdırma Mərkəzinin prezidenti Yusuf Çinar deyib.
 
Onun sözlərinə görə, Tehran isə münaqişənin həllinə müdaxilə etməyəcək və bu məsələdə neytrallığını saxlamağa meyillidir.
 
Ekspertin fikrincə, münaqişənin həllinin açarı Rusiyadadır: "Rusiya Ermənistanı inandırmaq və münaqişəni həll etmək istəsə, bunu bir gündə edə bilər, amma o bunu istəmir".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az