Eldar Əzizov: "Hadisə baş verən tunel ADY-nin balansındadır, prokurorluq tərəfindən araşdırma aparılır"

Eldar Əzizov:
Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük.

 

Bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 

O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

 

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq Prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada Prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək", - deyə E. Əzizov əlavə edib.

 
******
 
 
Bakıdakı bu binalar söküləcək - Eldar Əzizovdan vacib açıqlama
Miq.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var:

"Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır. Bakı şəhərinin yeni Baş planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş planla əlaqədardır. Haradasa yeni binalar tikilməsi nəzərdə tutulub, haradasa, park nəzərdə tutulub. Baş plan əsas strategiyadır. Baş plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik".




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az