Eldar Həsənovun yerinə təyinat – Keçmiş nazir...

Eldar Həsənovun yerinə təyinat – Keçmiş nazir...

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri postuna yeni təyinat gözlənilir.

Miq.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycanın sabiq xarici işlər naziri (1999-2004), hazırda ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev gətirilməsi qərara alınıb.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az