PA rəsmisinə qarşı facebook təxribatı
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına saxta facebook hesabı yaradılıb. Bu barədə “qafqazinfo”ya açıqlamasında ictimai-siyasi şöbənin müdiri özü məlumat verib. Ə.Həsənovun sözlərinə görə, son vaxtlar facebook sosial şəbəkəsində onun adından “Əli Həsənov” adlı saxta profil açılıb və orada müxtəlif məzmunlu, təxribat xarakterli, şərhlər və statuslar yerləşdirilir.
Ə.Həsənov bildirib ki, əslində o, facebookda qeydiyyatdan keçib və onun rəsmi istifadəçi adı “Ali Hasanov”dur. Yeni yaradılan saxta səhifənin isə ona heç bir aidiyyatı yoxdur. İctimai-siyasi şöbəsinin müdiri qeyd edib ki, bu təxribat xarakterli addım təkcə ona qarşı deyil, digər rəsmi şəxslərə qarşı da yönəlib. O, bütün bu baş verənləri Facebook-un dünyaya təqdim etdiyi idarəolunmaz eybəcərlik kimi qiymətləndirib.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.