Əli Kərimlinin qaynı da ƏFV OLUNUB - Elnur Seyidov

Əli Kərimlinin qaynı da ƏFV OLUNUB - Elnur Seyidov

"Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov əfv olunub.

Miq.az xəbər verir ki, onun da adı Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında yer alıb.

Qeyd edək ki, Elnur Seyidov 2012-ci ilin martında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrum edib.

E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az