Əli Məsimli:“Bu məsələdə Türkiyə-Azərbaycan bütün səylərini birləşdirməlidirlər”

Əli Məsimli:“Bu məsələdə Türkiyə-Azərbaycan bütün səylərini birləşdirməlidirlər”

Məlum olduğu kimi, Fransa parlamentinə qondarma erməni soyqırımı ilə bağlı yeni qanun layihəsi təqdim edilib. Qanun layihəsində qondarma erməni soyqırımının inkar edilməsinə görə konkret cəzalar da təklif olunub. 

Baş verən hadisələri “Veteninfo.az”a şərh edən Azərbaycan parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli  bildirir ki: “Erməni soyqırımını inkar edənlər 45 min avro məbləğində cərimə ödəməli və ya bir il müddətinə azadlıqdan məhrum edilməlidir.  Analoji qanun layihəsi ötən il də Fransa parlamentinin iki palatası tərəfindən bəyənilmiş, lakin Konstitusiya Şurası onu ölkənin əsas qanununa zidd saymışdı. Fransa Konstitusiya  Şurasının  ötən il bu qondarma layihəni rədd etməsinin əsas səbəblərindən biri də həmin sənədə qarşı Türkiyə ilə Azərbaycanın səylərinin birləşdirməsi oldu”-deyən millət vəkili bu dəfə Türkiyə ilə Azərbaycanın bu məsələdə səylərinin birləşdirməsini daha qabarıq şəkildə nümayiş etdirilməli, bir il əvvəl tətbiq olunan üsullar daha mükəmməl və sistemli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi:

“Bu qondarma iddialar sadəcə Türkiyəyə, onu sarsıtmağa, zəiflətməyə, sındırılaraq Avropa Birliyinə yaxınlaşmasına icazə verməklə yanaşı, həm də Türkiyənin təbii müttəfiqi olan Azərbaycana qarşıdır. Bu qondarma üsullardan istifadə edilərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə haqq qazandırmaq, işğal olunan torpaqların geri qaytarılması işinə mane olmağ hesablanan cəhdlər göstərilir.. Ona görə də bu qondarma işin ifşasında Azərbaycan daim qardaş Türkiyənn yanında olmalı, qondarma soyqırımı məsələsini ifşasında fəal iştirak etməlidir. Bu işdə iki qardaş ölkənin dövlət- hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları, diaspora təşkilatları birgə, yaxşı koordinasiya olunan  səmərəli iş qurmalı, digər türksoylu dövlətlərin də dəstəyini almaq kimi yeni əməkdaşlıq müstəvisinə çıxmalı, bədhaxlarımız qarşısında fikirdə, sözdə və işdə milli birlik nümayış etdirməliyik”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az