Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib

Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib
Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib.
İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istədiyini qeyd edən S.Hüseynova hadisəyə görə heç bir həkimin məsuliyyətə cəlb edilmədiyini bildirib: "Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az