Elit mənzillər daha çox qiymətdən düşməyə başlayır
Rövşən Talıbzadə: "Qiymətlərin düşməsi əsasən elit tipli mənzillərdə nəzərə çarpır”
Elnur Əsədov: "2016-cı ilin əvvəlinə qədər 5-6% ucuzlaşma gözlənilir”
Daşınmaz əmlak
bazarında keçən ildən müşahidə olunan qiymət artımı hələ də davam edir.
Statistik məlumatlara görə, bu proses aprel-may aylarında özünü daha çox
büruzə verib. Yeni tikililərdə, bu, bir o qədər görməsə də, köhnə
tikililərdə qiymət təxminən 5 faiz aşağı düşüb. Qiymət enmələrini elit
mənzillərdə də müşahidə edə bilərik.
Əmlak
Ekspert Mərkəzinin nümayəndəsi Rövşən Talıbzadənin sözlərinə görə, bu
gün mənzil bazarında bütün seqmentlər, xüsusi ilə də təkrar mənzil
bazarında qiymətlərin düşməsi hiss olunur: "İlkin mənzil bazarında
kvadratı 3 min manatdan yuxarı olanlarda qiymət azalması var.
Qiymətlərin düşməsi əsasən elit tipli mənzillərdə nəzərə çarpır. Bu da
ondan irəli gəlir ki, həmin tip mənzillərin qiymətləri ekonom tiplərdən 2
dəfəyə qədər baha olur. Kvadratmeti 4-6 min manat arasında dəyişir.
Qiymətlərin azalmasının mühüm faktorlar var. İlk növbədə bu tip
mənzillərin alıcıları az olur. Qiymətlətlərdə də satıcı güzəştə getməyə
məcbudur. Əsas səbəb tələbatın az olmasıdır ki, qiymətləri aşağı düşür.
Həm də son zamanlar baş verən iqtisadi proseslər, tələbin azalması,
təklifin artması, vergiqoyma məsələləri elit mənzillərin qiymətinə təsir
göstərib”.
Ekspert qeyd etdi ki,
bizim
daşınmaz əmlak bazarı mücərrəd xüsusiyyətə malikdir: "Bazar
haqqında proqnoz vermək çox çətindir. Çünki, bizim bazarda qiymətlər
qonşu ölkələrin iqtisadiyyatında baş verən dəyişikliklərdən də asılıdır.
Amma bugünkü templə gedərsə, qiymətlər düşməyə doğru meyllidir. Neftin
qiymətinin bahalaşacağı gözlənilmir.
Qiymətlərin
artması yalnız ölkədə həyata keçirilən layihələrdən asılı ola bilər.
Söküntü baş verərsə, ipotekanın şərtlərində dəyişiklik olarsa, bu,
bazarı aktivləşdirə bilər. Bu zaman qiymətlərdə də artım olar. Amma
bugünkü vəziyyət qiymətlərin azalacağını deyir. İkinci səbəb isə odur
ki, artıq bazarda qiymətlər kifayət qədər yüksəkdədir. Yəni, hazırda
qiymətlər real bazar dəyərinə doğru gedir”.
Əmlak
Bazarı İştirakçıları Birliyinin sədri Elnur Əsədov bildirdi ki, hazırda
elit mənzillərin satışı tam olaraq dayanmayıb: "Ümumi mənzil bazarında
isə mərkəzdən uzaq ərazilərdə 2-3% qiymətlərin enməsi baş verib. Bunu
əsasən 4-5 otaqlı mənzillərin qiymətlərində müşahidə etmək mümkündür.
Elit mənzillərin az da olsa, alıcıları var. Nəzərə alaq ki, ötən illərə
baxdıqda bu gün mənzil bazarında real əqdlər az bağlanır. Bu da bazara
təklifin çox, tələbin az olmasıdır”.
Sədr
bildirdi ki, bundan sonra proseslərin hansı məcara ilə gedəcəyini
söyləməkdə çətinlik var: "Ümumən, 2016-cı ilin əvvəlinə qədər 5-6%
ucuzlaşma gözlənilir”.
movqe.az