Əliyev: Bakı və İrəvanın sülhə dair mövqeləri bir-birinə yetərincə yaxınlaşıb

Əliyev: Bakı və İrəvanın sülhə dair mövqeləri bir-birinə yetərincə yaxınlaşıb
Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb.

Miq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında bildirib.

Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlət başçısı deyib:

"İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Prezident əlavə edib: "Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb və bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistan təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası "Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az