Əliyev və Paşinyanla görüş məhsuldar keçdi - Mişel
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb.
Miq.Az xəbər verir ki, bu barədə Şarl Mişel Tviter hesabında paylaşım edib.
O, vurğulayıb ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub.
Mişel eyni zamanda gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.
Miq.Az