Əliyevlə Ərdoğandan ortaq açıqlama: “Mesajımızdan dərs alsınlar”

Əliyevlə Ərdoğandan ortaq açıqlama: “Mesajımızdan dərs alsınlar”

Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası sona çatıb.

Miq.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ölkə başçıları bu dəqiqələrdə mətbuata birgə açıqlama ilə çıxış edirlər. Ərdoğanın sözlərinə görə, iclasda hökumətlər arasında 6 saziş imzalanıb. 

"Məlum terror səbəbiylə qardaşım Əliyev "biz gələk” dedi və toplantını Bakıda deyil Ankarada keçirməyi təklif etdi. Bu gün burada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının görüşünü həm bu hadisə qarşısında birlikdə gücümüzü, birliyimizi göstərmək üçün, həm də milli-beynəlxalq, bütün terror aktlarına qarşı münasibətimizi göstərməsi baxımından həqiqətən görüşün Ankarada olmasını çox əlamətdar hesab edirəm. Bu addımı "iki dövlət bir millət” anlayışının təzahürü kimi görürəm. Terrora dəstək verməyi azadlıq kimi təqdim edənlər bu qardaşlıq mesajından lazımlı dərsi almalıdır”, - deyə Ərdoğan bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az