Elman Məmmədov: "Kamil Zeynallının saxlanılmasında Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır"

Elman Məmmədov:
"Kamil Zeynallının Rusiyada saxlanılması barədə məlumatı oxudum. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da məlumat verib ki, məsələ səfirliyin nəzarətindədir. Hətta qeyd edib ki, konsulu bununla məşğul olmaq üçün göndəriblər. Əgər bu hadisədə Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Elman Məmmədov deyib.

 

"Azərbaycan dövləti hansısa düşmən dövlətin sifarişi ilə baş verən hadisəyə biganə qalmayacaq. Öz vətəndaşımızın müdafiəsi üçün ən yüksək səviyyədə lazımi tədbirlər görəcək”, - deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az