Elman Rüstəmovdan səlahiyyətlərin azaldılması ilə bağlı AÇIQLAMA

Elman Rüstəmovdan səlahiyyətlərin azaldılması ilə bağlı AÇIQLAMA

"Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır”. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycanda maliyyə bazarlarına nəzarət edən bir neçə qurum fəaliyyət göstərirdi: "Bu funksiyanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirirdi. 

Beynəlxalq təcrübəyə əsaslanaraq bu konsiladasiyaya gedildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması malyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq, bunu reallaşdırmaq mümkün olacaq".

E.Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq: "Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq".(Report.az)
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az