Elmar Vəliyev şöbə müdirini xəstəxanalıq etdi? – ZİDDİYƏT

Elmar Vəliyev şöbə müdirini xəstəxanalıq etdi? – ZİDDİYƏT

Elmar Vəliyev şöbə müdirini işdən azad etdi 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şöbə müdiri Həsən Məmmədovu işdən azad edib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin vəzifədən azad olunması xəbərini icra hakimiyyətindən də təsdiqləyiblər.

Məsələ barədə Unikal.org-a danışan Həsən Məmmədov deyib ki, səhhətində yaranan problemlə bağlı xəstəxanadadır: ”Heç nədən xəbərim yoxdur. Hazırda müalicə alıram, səhhətim normal deyil, sağlamlığımla məşğulam. Vəzifə də ömürlük ola bilməz”.

Sayt qeyd edir ki,  Həsən Məmmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi Elmar Vəliyevlə aralarında yaranan insident olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az