Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanası ağsaqqal təşəkkürü- Məktub

Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanası ağsaqqal təşəkkürü- Məktub
Bu yaxınlarda redaksiyamıza ucqar rayonlardan biri olan Lerik rayonu, Züvüç kəndindən məktub daxil olub. Məktub müəllifi Lerik rayon Ağsaqqallar Şurasının üzvü Ağabəy Ağayev müalicə aldığı xəstəxananın kollektivinə təşəkkür məktubu ünvanlayıb. 
Mərdəkanda yerləşən Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında onlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi ilə bağlı xidmətin göstərildiyi qeyd olunan yazıda Ağabəy Ağayev yazır: 

Hörmətli redaksiya! Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanasında veteranlar üçün yaradılmış şəraitdən razılığımı bildirərək xüsusi diqqət və qayğıyla ilə əhatə olunduqlarını bildirmək istəyirəm. Yaradılmış şəraitə görə, ilk növbədə ölkə başçısı Cənab Prezident ilham Əliyevə təşəkkürümü bildiriəm. Ölkədə gedən bütün sosial və tibbi inkişaf məhz İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilir. 
Lerik rayonu Ağsaqqallar Şurasının üzvü Ağabəy Ağayev Miq.az-a ünvanladığı məktubda daha sonra yazıb:
Yaradılmış bu müalicə ocağının veteranların  sağlamlığının bərpa edilməsində əvəzsiz xidmətləri var. Çox səmimi kollektivləri var. Burda çalışan həkim heyyəti veteranlara öz doğmaları kimi yanaşır. Xəstəxana rəhbərliyinə təşəkkürümü bildirərək mənə xüsusi ana-bacı qayğısı göstərən şöbə müdiri, müalicə həkimi Gülnarə Mahmudovaya, tibb bacıları Təxminə və Sadagül xanıma təşəkkürümü bildirirəm. 

Redaksiyamıza göndərilən təşəkkür məktubunda Ağabəy Ağayev Türanə Seyidova adlı tibb bacısına xüsusi olaraq minnətdarlığını qeyd edib:

 
 FOTO: Seyidova Turanə
"Orda bütün kollektivin fəaliyyətindən razılığımı bildirərək, Seyidova Turanə Aydın qızının adını xüsusilə qeyd etməyi özümə ağsaqqal kimi borc bilirəm. Naxçıvanda, Şahbuz rayonunda anadan olmuş bu xanımın həm tibb bacısı, həm də yüksək insani keyfiyyətləri məni heyran elədi. Turanə xanımın insanlığına və tibb bacısı kimi hər kəsin rəğbətini qazanmasının kökündə duran əsas səbəblərdən biri də aldığı valideyn tərbiyəsindədir. Onu da qeyd edim ki, Turanə xanımın atası da müharibə veteranıdır. Bəlkə də bu tibb bacısının hər kəsə göstərdiyi ata qayğısı həm də bununla bağlıdır. Bir daha tibb bacısı Seyidova Turanəyə təşəkkürümü bildirirəm ”

Ağabəy Ağayev məktubda bir daha Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanasının rəhbərliyinə insanlara göstərdiyi qayğıya görə təşəkkürünü bildirib.
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az