Əməkdar artist VƏFAT ETDİ
"Şofer Əhməd” vəfat etdi
Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dünyasını dəyişib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. "Əhməd haradadır” filmindən "sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, "Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülmüşdü.
Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.
Elxan Qasımovla vida mərasimi keçirilir
Ötən gün vəfat edən əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.
Kult.az xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
Mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. "Əhməd haradadır” filmindən "sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən "Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, "Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.