Ərdoğan İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Ərdoğan İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Miq.az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az