Ərdoğan: Laçında üçüncü hava limanının inşası Azərbaycanın mövqeyini daha da gücləndirib

Ərdoğan: Laçında üçüncü hava limanının inşası Azərbaycanın mövqeyini daha da gücləndirib
Laçında üçüncü hava limanının inşası Azərbaycanın mövqeyini daha da gücləndirib.

 

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

 

"Füzulidən sonra Laçında açılan hava limanı və burada həyata keçiriləcək tədbirlərlə inşallah, Azərbaycan geniş üfüqə baxmış olacaq. Azərbaycan üçün xeyirli olsun”, – deyə Türkiyə Prezidenti qeyd edib.

 

Qeyd edək ki, Qarabağ işğaldan azad ediləndən sonra Zəngilan və Füzuli rayonlarında da hava limanları inşa olunaraq istifadəyə verilib.

 

APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az