Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır: Qarabağla bağlı VACİB MÜZAKİRƏ

Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır: Qarabağla bağlı VACİB MÜZAKİRƏ

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

"TRT Haber”ə xəbər verir ki, bu il ilk dəfə keçirilən toplantıya ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.

Bundan başqa, toplantının gündəliyinə PKK terrorçularının İraqdakı fəaliyyəti və buna qarşı atılacaq addımlar, Suriya və Liviyadakı son durum, Türkiyə və Yunanıstan rəsmiləri arasındakı görüşlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri mövzuları salınıb.

Qeyd edək ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində həm Rusiya, həm də Türkiyədən 60 hərbçi təmsil olunacaq. Onlar pilotsuz uçuş aparatı vasitəsilə atəşkəsə nəzarət edəcəklər. (report)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az