ƏRDOĞAN ORDUMUZU TƏBRİK ETDİ - Hüseyn Cavidin şeirini səsləndirdi + VİDEO

ƏRDOĞAN ORDUMUZU TƏBRİK ETDİ - Hüseyn Cavidin şeirini səsləndirdi + VİDEO
"Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Preizdenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarında antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qalıb.

Türkiyə Prezidenti deyib ki, antiterror tədbirinin qısa müddətdə tamamlanması Türkiyə üçün də iftixar mənbəyi olub: "Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın barış əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik".
Türkiyə lideri tədbirdə dahi Azərbaycan şairi Hüseyn Cavidin "Dəniz tamaşası” şeirindən misraları səsləndirib və qeyd edib ki, şairin bir əsr öncə etdiyi duanın qəbul olunmasının bəxtiyarlığını yaşayırıq:

"Hər bəladan əsirgə yurdumuzu,

Kamran eylə şanlı ordumuzu!”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az