Ərdoğan tarix verdi: "Qurbandan öncə Suriyada…"

Ərdoğan tarix verdi:
Suriyada atəşkəsin əldə olunması üçün koalisiya qüvvələri ilə əməkdaşlıq edirik.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində G20 sammitində çıxışı zamanı deyib.
 
"Bölgədə atəşkəsin elan edilməsi üçün çalışırıq. Koalisiya qüvvələri ilə əlaqədəyik. Xüsusən Rusiya ilə Hələb bölgəsində əməkdaşlığa çalışırıq. Məqsədimiz Qurban bayramından öncə bölgədə atəşkəsi təmin edərək, əraziləri bombalardan təmizləməkdir. Rusiya, ABŞ və Türkiyə xarici işlər nazirləri məsələ ilə bağlı danışıqlar aparırlar”, - Ərdoğan bildirib.
 
Türk lider Suriyada uçuşa qadağan olunan bölgənin yaradılması ilə bağlı təklifi Obama və Putinə çatdırdığını da əlavə edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az