Ərdoğan vətəndaşlara müraciət etdi: Rekord səs çoxluğu...

Ərdoğan vətəndaşlara müraciət etdi: Rekord səs çoxluğu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə vətəndaşlara müraciət edib.

Yenipress.az xəbər verir ki, o Tvitterdə seçicilərə etdiyi müraciətində bəzi məsələlərə aydınlıq gətirib.

Türkiyə lideri mayın 28-də səs verəcək vətəndaşlara bir neçə sual ünvanlayıb. O, seçicilərdən bu suallara səmimi cavab vermələrini xahiş edib:

"Seçkilərdən əvvəl zəlzələdən zərər çəkənlərə pulsuz ev vəd edib, sonra onları qonaq olduqları yerlərdən çıxarmağa çalışanlara etibar etmək olarmı? Bürokratik və siyasi həyatında ölkəyə heç bir xeyri olmayan bir şəxsdən bu millətə nə fayda gələ bilər? 17-25 dekabrda çevriliş cəhdində FETO-çularla əməkdaşlıq etdiyini şəxsən öz dili ilə etiraf edən birinə inanmaq olarmı? Rəqiblərini gözdən salmaq üçün şantaj, təhdid, təzyiq və kaset kimi hər yolu məqbul hesab edənlərin siyasi əxlaqına güvənmək olarmı?".

R.T.Ərdoğan bildirib ki, dünən "ağ” dediyinə bu gün "qara” deyən, dünən söylədiyini bu gün inkar edənlərə inanmaq olmaz və bu cür şəxsə övladların gələcəyini əmanət etmək olmaz:

"Millətimiz mayın 14-də Milli Məclisdəki çoxluğu 323 deputatla "Cümhur İttifaqı”na verərək iradəsini bəyan etdi. Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız şəxsimizə ehtiram göstərdi. İnşallah, mayın 28-ni əziz millətimizin iradə və dəstəyi nəticəsində rekord səs çoxluğu ilə başa vuracağıq".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az