Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama: “Vaxt itirmək olmaz”

Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama: “Vaxt itirmək olmaz”

Türkiyə hökuməti İstanbulun təxminən 1,5 milyona yaxın sakinini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırır.

Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O qeyd edib ki, Türkiyənin zəlzələyə davamlı ölkəyə çevrilməsi istiqamətində aparılan işlər nəticəsində İstanbula və Mərmərə dənizi bölgəsinə xüsusi yer ayırılır. 

"Vaxt itirmək olmaz”, - R.T.Ərdoğan vətəndaşların zəlzələyə davamlı evlərə köçürülməsi ilə bağlı çıxışında vurğulayıb.
Xatırladaq ki, seysmoloqlar mütəmadi olaraq İstanbul ərazisində güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edirlər.

Mənbə: TRT


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az