Ərdoğandan TÜSAİD-ə xəbərdarlıq: “Qapımız üzünüzə bağlıdır”

Ərdoğandan TÜSAİD-ə xəbərdarlıq: “Qapımız üzünüzə bağlıdır”

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Sənayeçi və İşadamları Dərnəyini (TÜSİAD) sərt şəkildə tənqid edib.

Miq.Az xəbər verir ki, Ərdoğan dərnəyi CHP-nin ağzı ilə danışmaqda günahlandırıb.

"TÜSAİD bu tendensiya ilə davam edərsə, iqtidarın qapısını döyməsin. Görürəm ki, eyni mərkəzdən idarə olunursunuz. Mərkəz bəllidir, CHP. CHP sizə nə deyirsə, siz o ağızla danışırsınız. Bu qapı milli mövqe tutanlara açıqdır” – deyə, prezident bildirib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən Ərdoğan TÜSİAD prezidentinə də səslənib: "İsveç və Finlandiya dəqiq addımlar atmayınca mövqeyimizi dəyişə bilmərik. Siz onların yanında ola bilərsiniz, amma biz etməyəcəyik. Sizin yüksək maraqlarınız üçün danışmayacağıqmı? Biz sizin nəcib mənafeyinizə görə onlara qarşı çıxmayacağıqmı? TÜSİAD-ın başına gələn bəy, sən bizə dərs verə bilməzsən”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az