Ərini bıçaqlayan qadın öldü

Ərini bıçaqlayan qadın öldü
Bakıda qətl hadisəsi baş verib.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunun Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.
Münaqişə zamanı N. Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra M. Ağayeva mətbəxdən bıçaq gətirərək N. Ağayevi bıçaqlayıb.
M. Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N. Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az