Erməni girovluğunda olan Dilqəm Əsgərovun vəziyyəti pisləşib

Erməni girovluğunda olan Dilqəm Əsgərovun vəziyyəti pisləşib
Girovlarımızdan yeni xəbər var

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib. 

İstiPress-in Beynəlxalq Qızıl Xaç Komitəsindən əldə etdiyi məlumata görə, onlara baş çəkən BQXK əməkdaşları ailəsindən girovlara məlumat çatdırıb, eləcə də, girovların məktubunu ailə üzvlərinə təhvil verib.

 Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bildirib ki, qardaşı səhhətində ciddi problemlər olduğunu yazıb. 

"Qardaşım məktubuma cavab yazıb. Heç də yaxşı xəbər almamışam. Dilqəm səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pis olduğunu yazıb. O, məktubunda xəstə olduğunu, ürəyində, başında və sağ ayağında şiddətli ağrıların olduğunu bildirib. Qeyd edib ki, xəstəliyinə görə, hazırda müalicə alır, ona iynə vururlar. Dilqəmin səhhətinə görə çox narahatıq”.

Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev  2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüb. Eyni zamanda onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az