Erməni mediasının Laçının tarixi ilə bağlı daha bir aşkar xəritə saxtakarlığı...-FOTO

Erməni mediasının Laçının tarixi ilə bağlı daha bir aşkar xəritə saxtakarlığı...-FOTO

"Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub...”
 
"1923-cü ilin topoqrafik xəritəsini sizə təqdim edirəm. Diqqət edin ki,  Ermənistan SSR ilə DQMV arasında ümumi quru sərhədi olub və hətta Berdzor şəhəri (xəritədə Abdallar kəndi kimi qeyd olunub) Ermənistan SSR-in tərkibində olub".
 
Moderator.az xəbər verir ki, bu saxtakar cümlələr "RepublicofNorthernArtsakh” erməni teleqram-kanalında yayılıb.
 
Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub. Halbuki, diqqətlə baxanda aydın görünür ki, 1926-cı ildən Laçın şəhəri adlanmış həmin məntəqə Azərbaycan SSR sərhədlərinin daxilindədir. Sadəcə, xəritənin miqyası kiçik olduğundan və o dövrün xəritələri qeyri-dəqiq çəkildiyindən məntəqənin işarəsi Ermənistanla sərhədə çox yaxın düşüb, "Abdallar” sözü isə Ermənistan sərhədi daxilində yazııb.
 
Digər bir yalan isə guya Ermənistan SSR-in keçmiş Dağqlıq Qarabağ Muxtar Vilayəti ilə ümumi quru sərhədinə  malik olmasıdır. Belə bir məsələ də olmayıb. Sadəcə, yenə də xəritənin qeyri-dəqiq çəkilməsi ucbatından Abdallar yaxınlığında  Azərbaycan SSR, Ermənistan SSR və keçmiş DQMV-nin sərhədləri bir nöqtədə qovuşur...
 
Göründüyü kimi, ermənilər növbəti dəfə diqqətsiz oxuculardan yararlanmaqla  dünyaya növbəti saxtakarlıqlarını sırımağa çalışırlar...
 
Sultan Laçın 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az