Elektrik enerjisinin bahalaşması ilə nəzərdə tutulan etiraz aksiyalarında Ermənistanın müxalifət partiyaları iştirak etməyəcək.
Yerli ekspertlər hesab edir ki, elektrik enerjisi tariflərinin avqustun 1-nə nəzərdə tutulan bahalaşması ən gözlənilməz hadisələrə səbəb ola bilər.
Ermənistanın bütün müxalifət partiyalarının rəhbərlərinin etiraz aksiyalarına qatılmayacaqları barədə bəyanat verməsi vəziyyəti bir qədər də gərginləşdirib.
Hamı səsini kəsib və susur ki, Kremli qəzəbləndirməsin. Bu fikir İrəvanda keçirilən mətbuat konfransında politoloq Aqasi Yenokyan tərəfindən səsləndirilib. O, sözügedən siyasi partiyaların etiraz aksiyalarında iştirakdan imtina etməsini onunla izah edib ki, bu partiyalar seçkilərdə səsləri xalqdan deyil, Ermənistanın siyasi rəhbərliyindən alıblar.
Başqa kəskin sağçı politoloq Andreas Qukasyan jurnalistlərə bildirib ki, Ermənistan əhalisinin müəyyən hissəsi Putin rejiminin maliyyələşdirilməsini özünə şərəf bilir. Onun sözlərinə görə, Ermənistanın energetika sistemi faktiki olaraq Rusiyanın "İnter RAO" şirkətinə məxsusdur. "İnter RAO" isə törəməsi olan erməni şirkətinə bir qəpik də sərmayə yatırmayıb, erməni şirkətinin borcu hazırda 50 mln. dolları ötür. "Ermənistan rəhbərliyi hesab edir ki, bunun pulunu erməni xalqı ödəməlidir",- deyə Qukasyan vurğulayır. Ölkə rəhbərliyi bu üsulla Rusiyaya xidmət göstərir.
Müxalifət partiyalarının etiraz aksiyalarından imtina etməsinə toxunan politoloqun sözlərinə görə, onlar artıq çoxdan xəbərdar ediliblər ki, etiraz aksiyalarına qoşulsalar onların maliyyəsi kəsiləcək və hətta bağlanacaqlar.
Qukasyan xüsusi qeyd edib ki, bütün erməni partiyaları hansısa yollarla Moskvaya bağlıdırlar.
li ekspertlər hesab edir ki, Ermənistan əhalisi hətta müxalifətin də dəstəyi olmadan küçələrə və meydanlara çıxacaqlar, çünki bundan da dilənçi vəziyyətdə yaşamaq mümkün deyil.
ANS