Erməni nazir müavinindən əsir hərbçilərimiz haqda mühüm açıqlama

Erməni nazir müavinindən əsir hərbçilərimiz haqda mühüm açıqlama
"Azərbaycanlı hərbçilərin qaytarılması haqqında danışmaz tezdir. Bununla bağlı razılaşma əldə edilib, sadəcə, detalları paylaşa bilmərəm”.

Miq.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli mətbuata açıqlamasında deyib.

"Şarl Mişel erməni əsirlərin qaytarılacağını bəyan edəcəyi zaman bu istiqamətdə hərəkətə keçmək mümkün olar”, – o bildirib.

M.Səfəryan mayın 19-da Moskvada iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə görüşün keçiriləcəyini xatırladıb və Rusiya XİN rəhbəri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında təkbətək görüşün keçirilib-keçirilməyəcəyinin məlum olmadığını qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az