Erməni qaçqınları Ermənistanı bəyənmədilər

Erməni qaçqınları Ermənistanı bəyənmədilər

Vətəninfo.az  xəbər verir ki, Suriyadan Ermənistana gələn qaçqınlarının yarısı bu ölkəni tərk edir. Bu barədə ölkənin baş naziri “Ari tun” (evə qayıt) proqramının ikinci mərhələsinin sonunda çıxışı zamanı qeyd edib. ANS PRESS-in məlumatına görə, baş nazir ölkədə miqrasiyanın tərsinə baş verdiyini bildirib. Ovik Abramyan qeyd edib ki, digər bir vəziyyət isə Suriyadan gələn erməni əsilli qaçqınlarla baş verib. Belə ki, onlardan çoxu vətənlərində qala bilmir. Onun sözlərinə görə keçən il Ermənistana 4,5 min erməni əsilli Suriya vətəndaşı gəlib. Artəq onlardan 2,3 mini (51 faizdən çoxu) ölkəni ya həmişəlik ya da naməlum müddətə tərk edib.

Buna səbəb kimi nazir həm daha yaxşı yaşamaq mümkün olan Avropanın qaçqın statusuna verdiyi önəmi, həm də Suriyada yaşayan ermənilərin vətənlərinə adaptasiya ola bilməmələrini göstərib. Təkcə Almaniya bu ilin əvvəlində daha 5 min Suriya qaçqının qəbul edə biləcəyini elan edib, halbuki, qaçqın kimi yaşamaq üçün 50 min suriyalı ölkəyə müraciət edib. Əlbətdə onların arasında Suriya erməniləri də var.

Nazir bildirib ki, problemlərdən biri də iş məsələsidir. Suriya erməniləri əsasən zərgərlik və ticarətlə məşğul olublar. İqtisadiyyatı zəif olan ermənistanda isə bu işlər elə də pul qazandırmır. Zərgərə torpaq becərmək təklif olunanda isə o bununla razılaşmır. Bundan əlavə qanuna uyan Suriya vətəndaşları burada fırıldaqçılıqla çox rastlaşırlar. Hansısa malı satanda və pulunu geri ala bilməyəndə onlar çıxılmaz vəziyyətdə qalırlar deyə nazir qeyd edib.

Qeyd edək ki, Ermənistan dövləti Suriyadan gələn erməni əslli qaçqınları işğal edilən azərbaycan ərazilərində yerləşdirərək süni artım etmək istəyirlər. Qaçqınlar isə infrastrukturun tam qurulmadığı bir yerdə yaşamağa əziyyət çəkirlər.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az