Erməni qızları cəbhəyə gəlir - Əsgər çatmır

Erməni qızları cəbhəyə gəlir - Əsgər çatmır
Ermənistan hökuməti Dağlıq Qarabağda tezliklə münaqişənin alovlanacağı ehtimalına görə cəbhəyə göndərmək üçün qadınları səfərbər edir.
 
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Tageszeitung” qəzeti yazıb.
 
Qəzet yazır ki, ötən həftə İrəvanda 170 qadın hərbi hazırlıq kurslarına başlayıb.
 
Kursun məşqçisi 50 yaşlı Vova Vardanov deyir ki, könüllü qadınlar orduda xidmət edəcək: "Çünki ölkənin əhalisində ciddi ixtisarlar var və xidmət üçün əsgər çatışmır. Bizə canlı qüvvə daha çox lazımdır. Çünki ordunun silahları əsasən Sovet dövründən qalmadır”.
 
"Tageszeitung” qeyd edir ki, Ermənistanda əhali ciddi şəkildə azalıb.
 
"Cavanlar əsasən ölkəni tərk edirlər. Ölkədə qalanlar isə orduda xidmət etməmək üçün müxtəlif bəhanələrdən istifadə edir”, - Vardanov bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az