Erməni terrorçularının kredit borcunu silən bank-Bakı neftinin pulları...
Erməni terrorçularının kredit borcunu silən rus bankının azərbaycanlı nazir ortağı kimdir?
"Rəzalətin dərəcəsinə baxın ki, Neft Fondunun 100 milyonlarla vəsaiti (2013-cü ildə 500 milyon dollar) Rusiyanın VTB bankına yatızdırılıb 2.95% səhminə malikdir, Neft Fondunun sədri müşahidə şurasının üzvü olduğu bankın 100% kapitalla sahibi olduğu Ermənistan VTB-si Qarabağda hərbçilərimizi şəhid edənlərin kredit borcunu silib”.
Bunu sabiq deputat Nazim Məmmədov bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı Rusiya saytları Bank VTB-nin erməni bölməsinin mətbuat xidmətinə istinadən xəbər verib. Bildirilir ki, bank aprelin 1-dən 7-dək cəbhədə həlak olan erməni hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verir və onların mövcud kreditləri üzrə borclarını bağlamağa qərar verib. /AFN.AZ/
Xatırladaq ki, VTB Bankın 49% səhmlərinin sahibi "AtaHolding” Şirkətlər Qrupudur. Azpolitika.info saytı isə bildirir ki, ""ATA HOLDİNQ”in yaradıcısi kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir”.
****
Bakı neftinin pulları...
Rusiyanın VTB Qrupuna məxsus olan Bank VTB (Ermənistan) 1-7 aprel arası Qarabağda həlak olmuş erməni hərbçilərinin ailələrinin kredit borclarını bağışlayıb.
Bu barədə Antikollektor Şirkətinin rəhbəri, vəkil Əkrəm Həsənov sosial şəbəkədə Rusiya KİV-ə istinadla (http://ria.ru/economy/20160408/1405450767.html) məlumat paylaşıb.
Vəkil "bu bankın Qarabağla nə əlaqəsi? Axı formal olaraq Qarabağda fəaliyyət göstərmir!” deyə saul edir və ardınca izahatını verir.
Ə.Həsənov xatırladır ki, əslində 2008-ci ilədək VTB-nin Qarabağda filialı olub. Lakin 2007-ci ildə Azərbaycanda törəmə bankını açmaq istəyəndə VTB-nin qarşısında şərt qoyulub: Qarabağda fəaliyətinizi dayandırın, sizə lisenziya verək. Buna görə də filial bağlanıb (http://regnum.ru/news/1034915.html) və bizdə Bank VTB (Azərbaycan) fəaliyyətə başlayıb. "Lakin görünən odur ki, Qarabağda filialın bağlanması gözdən pərdə asmaq idi. Bir sözlə, VTB dövlətimizi aldadıb və Qarabağda fəaliyyətini davam edir.
Bu, həmçinin ona görə məyusedicidir ki, son dövrdə dövlətimiz VTB-yə sərmayə qoyub. VTB Qrupun 60% səhmi Rusiya dövlətinə, qalan 40% isə özəl şəxslərə məxusdur. Onların içində bizim Neft Fondu da var. 500 mln. dollar sərmayə ilə Neft Fondumuz VTB-in 3% səhminə malikdir. Neft Fondumuzun icraçı direktoru Şahmar Mövsümov hətta VTB-in Müşahidə Şurasının üzvüdür (http://www.vtb.ru/group/management/council/). Beləliklə, Azərbaycanın neft pulları erməni hərbçilərini maliyyələşdirir!”, – deyə vəkil qeyd edir.
Ə.Həsənov əlavə edir ki, VTB-in Ermənistandakı törəməsində erməni kapitalı yoxdur, bank tamamilə VTB-in özünə məxsusdur və Ermənistanın ən iri bankıdır. Azərbaycandakı törəməsində isə VTB-in kapitalı cəmi 51%-dir, qalan 49% yerli AtaHoldinqə məxsusdur (yəni öz pulumuzdur!). Buna baxmayaraq, Ermənistan VTB-si Qarabağda həlak olan hərbçilərin ailələrinin borclarını bağışlayıb, Azərbaycan VTB-si isə analoji addımı atmayıb.
Miq.az