Erməni təxribatının qarşısı alındı

Erməni təxribatının qarşısı alındı
Rusiya paytaxtında ermənilərin Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu gün erməni diasporu tərəfindən Moskvanın nüfuzlu ali məktəblərindən sayılan "Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universitetində erməni Vadim Aryutunovun "Bakı və Sumqayıt erməniləri. Nəticə" adlı mühazirəsi planlaşdırılıb.
 
Moskvadakı Azərbaycan diasporunun və ali məktəbin azərbaycanlı tələbələrin səyi nəticəsində tədbirin keçirilməsinin qarşısı alınıb. Ali məktəb rəhbərliyi ermənilərə tədbiri keçirməyə icazə verməyib.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az