1990-1991-ci illərdə Ermənistanda yaşanan enerji böhranı nəticəsində əhalinin xaricə köçü daha da intensivləşdi. Gün ərzində sadəcə 1-2 saat elektrik enerjisin verildiyi bu qış mövsümündə evlərə qaz və digər istilik sistemləri verilməmişdir.
Bu sözləri “Veteninfo.az” OĞUZ" Müstəqil Araşdırmaçılar Qrupu İctimai İdarə heyətinin üzvü,Azərbaycan Dövlət Pedoqoji Universitetinin əməkdaşı, tarixçi Taleh Cəfərov bildirib.
“Yüzminlərlə insanın işsiz qaldığı il miqrasiyanın da sürətləndiyi il olmuşdur. 1990-1991-ci ildə sürətlənən proses 1993-cü ildə öz zirvəsinə yüksələ bilmiş və açıqlanan rəqəmlərə görə 250 000 nəfər civarında insan ölkə xaricinə köç etmişdir”,-deyən tədqiqatçı onu da əlavə edib ki: “Müstəqilliyin ilk ilində resmi rəqəmlərə görə 3 milyon 800 min civarında olan əhali 2002-ci ildə açıqlanan əhali siyahıyalmasına görə 3 milyon 200 min nəfərə enmişdir. Üstəlik bu rəqəmə ölkədəki bütün turistlər, Ermənistan vətəndaşı olmayan, sayları nisbətən yüksək olan əcnəbilər, xüsusilə, ruslar da daxiliddir. Ermənistan Dövlət Statistik Agentliyinin verdiyi məlumata görə bu rəqəmlərin böyük bir hissəsi Ermənistanda hec meskunlaşmayan əhalidir. Ermənistanda miqrasiya sahəsində alim olan Gevork Poqosyana görə ən azı 700 minə yaxın kişi 700 min nəfər Ermənistanı tərk etmişdir. 1993-cü ildə "Böyük qaçış"...dan sonra 250 min kişi o cümlədən Parlamentdə yaşanan böyük qarşıdıurma nəticəsində köç daha da sürətləndi. Ona görə də 850-min ilə 1 milyon 1 milyon 200 min arasında dəyişməkdədir. başqa bir ifadə ilə desək müstəqillikdən bu günə qədər əhalinin sayı dörddə birə qədər düşmüşdür...”.
Elnur Eltürk