Ermənilər hələ də təşvişdə - Yenə də öz pilotsuz uçan aparatlarını vurdular

Ermənilər hələ də təşvişdə - Yenə də öz pilotsuz uçan aparatlarını vurdular

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını (PUA) vurublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az